100 yaşlı Henri Kissincer Çinə səfər etdi
ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Çinə səfər edib. Yenisabah.az “Teh Guardian”a istinadla xəbər verir ki, 100 yaşlı Amerika diplomatiyasının mogikan ismi ABŞ-ın dövlət katibi Entoni Blinkenin uğursuz səfərindən sonra Pekinlə münasibətləri normallaşdırmaq məqsədilə ABŞ tərəfindən Pekinə göndərilib. Məlumata görə, Kissincer Pekində Çin KP MK-nin baş diplomatı olan Vang Yi ilə bir araya gəlib. Stajlı diplomat, eyni zamanda ABŞ tərəfindən sanksiya altında, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdən imtina edən Çin müdafiə naziri olan Li Şanqfu ilə də görüşüb. Qeyd edək ki, Vang Yi Kissingerlə görüşdə bildirib ki, Çini nəzarət altına almaq və ya mühasirəyə almaq mümkün deyil. Çinli rəsminin fikrincə, ABŞ-ın Çin siyasətində Kissincer tipli diplomatik müdrikliyə və Riçard Nikson tipli siyasi cəsarətə ehtiyacı var. Öz növbəsində, H. Kissincer isə qeyd edib ki, müasir dünyada problemlər və imkanlar bir arada mövcuddur və həm ABŞ, həm də Çin anlaşılmazlıqları aradan qaldırmalı, dinc yanaşı yaşamalı və münaqişədən qaçmalıdır. Diplomat hesab edir ki, Çin qlobal sistemi dəyişdirmək niyyətində deyil və ABŞ rəsmi Vaşinqton ilə Pekin arasında proqnozlaşdırıla bilən münasibətləri qorumalıdır.