ABŞ-nin ermənipərəst senatoru Robert Menendesin həyat yoldaşı Nadin Arslanyanın piyadanın ölümü ilə nəticələnən cinayətinin görüntüləri yayılıb.
Kadrlarda onun son sürətlə idarə etdiyi maşınla adam vurması və hadisədən sonra polisə ilkin ifadəsi əks olunub.
Qeyd edək ki, ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop dünyasını dəyişib. Bergen Dairəsinin Tibbi Ekspertizasına görə, onun cəsədi yolun kənarında tapılıb və tanınmaz halda olub.
Ancaq buna baxmayaraq, qısa sorğu-sualdan sonra polis maşında tək olan Nadin Arslanyanın (Menendes) “günahsız” olduğu qənaətinə gəlib. O, qəzadan sonra narkotik və ya spirtli içki qəbul etməsi ilə bağlı yoxlanılmayıb, həmçinin, R.Koopun yaxınlıqdakı xəstəxanada ölməsi elan olunmamışdan əvvəl ona hadisə yerini tərk etməyə icazə verilib.
Sadalanan faktlar bu cinayətin ört-basdır edildiyini deməyə əsas verir.
Mənbə: Eyewitness News