SON DƏQİQƏ! İranın hədəfləri VURULDU ...

Prezident Co Baydenin göstərişi ilə ABŞ Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və iranyönlü qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla Pentaqonun rəhbəri Lloyd Ostin çıxış edib.

Nazirin sözlərinə görə, bu zərbələr İsrail və Fələstin münaqişəsi ilə bağlı deyil.

Ostin qeyd edib ki, ABŞ İraq və Suriyada Amerika əsgərlərinə qarşı oktyabrın 17-də başlayan hücumlara cavab verib.

Məlumata görə, hücum F-16 qırıcıları tərəfindən həyata keçirilib.

İtkilər barədə məlumat verilmir.






Fikirlər