İsrail ordusunun canlı qüvvə itkiləri açıqlandı...

İsrail ordusunun canlı qüvvə itkiləri açıqlandı

Son 24 saat ərzində Qəzza zolağında gedən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (İDF) iki əsgəri həlak olub.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, Qəzza zolağında quru əməliyyatı başlayandan HƏMAS-a qarşı döyüşlər zamanı həlak olan israilli əsgərlərin sayı 121-ə çatıb.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni eskalasiya mərhələsi başyandan bəri isə həlak olan İsrail hərbçilərinin sayı artıq 450-ni keçib.






Fikirlər