"RAF Lakenheath" bazasında yerləşdiriləcək qravitasiya bombalarının gücü 1945-ci ildə Xirosimaya atılan atom bombasının gücündən üç dəfədən çoxdur..."
"Böyük Britaniyada nüvə silahının yerləşdirilməsi Moskva tərəfindən eskalasiya kimi dəyərləndiriləcək və əkstədbirlərlə qarşılanacaq..."
ABŞ 2008-ci ildə Moskva tərəfindən "soyuq müharibə" təhlükəsinin azaldığını hesab edərək Böyük Britaniyadan nüvə raketlərini yığışdırıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Məlumatda deyilir ki, ABŞ Rusiya tərəfindən təhlükənin qarşısını almaq üçün Böyük Britaniyada nüvə silahı yerləşdirəcək.
Nəşrin yazdığına görə, döyüş başlıqları son 15 il ərzində ilk dəfə olaraq "RAF Lakenheath" bazasında yerləşdiriləcək, çünki Moskva "eskalasiya" barədə xəbərdarlıq edir.
ABŞ 2008-ci ildə Moskva tərəfindən "soyuq müharibə" təhlükəsinin azaldığını hesab edərək, Böyük Britaniyadan nüvə raketlərini yığışdırıb.
Bu məlumat NATO ölkələrinin öz vətəndaşlarını Rusiya ilə müharibəyə hazırlamaq zərurəti barədə xəbərdarlıqlar fonunda açıqlanıb.
Amerika silahının Böyük Britaniyaya qaytarılması Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan sonra iki ölkə arasında mübasibətlərin gərginləşməsinə cavab olaraq bütün ölkə miqyasında nüvə obyektlərinin inkişafı və modernləşdirilməsi proqramının bir hissəsidir.
Rusiya bəyan edib ki, Amerikanın Böyük Britaniyada nüvə silahının yerləşdirilməsi Moskva tərəfindən "eskalasiya" kimi dəyərləndiriləcək və "kompensasiyaedici əks tədbirlərlə" qarşılanacaq.
Sənədlər sübut edir ki, Pentaqon baza üçün yeni avadanlıq, o cümlədən hərbi qulluqçuları "bahalı aktivlərə" hücumlardan qorumaq məqsədilə ballistik qalxanlar sifariş edib.
Amerika hərbi qulluqçüları üçün yeni yaşayış kompleksinin inşası iyun ayında başlanacaq. "RAF Lakenheath" bazasında "B61-12" qravitasiya bombalarını yerləşdirmək planlaşdırılıb, onların gücü 50 kilotona çata bilər ki, bu da 1945-ci ildə Xirosimaya atılan atom bombasının gücündən üç dəfədən də çoxdur.
ABŞ-ın yeni silahı-detallar
ABŞ elan edib ki, nüvə-qravitasiya bombasının yeni versiyasının işlənib hazırlanmasını davam etdirib.
"B61-13" adlı bombanın gücü 1960-cı illərdən istehsal edilən "B61-7" bombasının gücünə bərabər olacaq, qravitasiya bombalarının bəzi köhnə nümunələrini əvəzləyəcək.
Pentaqon elan edib ki, bu silahın yaradılması barədə qərar "2022-ci ildə nüvə silahı ilə bağlı vəziyyətin icmalı" nəzərə alınmaqla qəbul edilib.
Bu araşdırmada deyilir ki, amerikalı hərbçilər özünün iki əsas nüvə rəqibləri olan Çin və Rusiyanı lazımınca çəkindirmək üçün öz nüvə qüvvələrini modernləşdirməlidir.