ƏRƏBLƏR Xoşbəxtlik NAZİRLİYİ yaratdılar
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin strukturunda dəyişikliklər edilərək iki yeni - Xoşbəxtlik və Tolerantlıq Nazirlikləri yaradılıb. Bu barədə AzerTaym.az AzVision.az -a` istinadən xəbər verir.
Hökumətin strukturlarında dəyişikliklərin baş verməsi xəbərini öz `Twitter` səhifəsində BƏƏ-nin baş naziri, Dubayın əmiri Məhəmməd əl-Maktum yazıb.
Xoşbəxtlik naziri bütün dövlət planları, proqram və siyasətini birləşdirməklə `cəmiyyəti daha xoşbəxt edəcək`. Digər nazir isə tolerantlığı `əmirlik cəmiyyətinin` əsas dəyəri kimi təbliğ etməlidir.
Baş nazir artıq BƏƏ prezidenti Halif ibn Zeyd əl-Nahayan yeni nazirliklərlə bağlı sərəncam imzalayıb.