Azər Süleymanovun baytarlıq macəraları: obyektlərdən yığılan haqq, qohumlar və tələbəlik dostları

Azər Süleymanovun baytarlıq macəraları: obyektlərdən yığılan haqq, qohumlar və tələbəlik dostları

i statistikadan da məlumdur ki, son 10-15 ildə Azərbaycanda sonsuzluq xəstəlyi geniş yayılmaqdadır. Yeni evlənmiş cütlüklər bir qayda olaraq uzun müddət müalicə olunduqdan sonra övlad sahibi olaraq həyatlarına sevinc qata bilirlər. Hamilə qadınlarımızın 70-80 faizinin qanında isə zərəli mikroblar aşkarlanır. Bəs bu bəlanın səbəbi nədir? Bununla bağlı cumhuriyyet.az-a danışan mütəxəssislər bunu bizim insanların düzgün qidalamaması ilə, daha doğrusu yedikləri ət və süd məhsullarında müxtəlif xəstəliklərin, əsasən də sonsuzluğa yol açan xlamidioz xəstəliyinin bakteriyalarının olması ilə əlaqələndirirlər. Həmçinin mütəxəssislərin fikrincə yediyimiz ətlərin böyük əksəriyyətində bruselyoz, xlamidioz, vərəm çöpləri var. Bu da orqanizmi zəif olan insanlarda böyük fəsadlar yaradır. Bir qayda oluraq insanlara heyvanlardan keçən bruselyoz və xlamidioz xəstəlikləri insanlarda sonsuzluğa yol açır. Xüsusi ilə xlamidioz xəstəliyi sonsuzluq yaradan əsas xəstəlik hesab olunur. Mütəxəssislərin verdiyi məlumata əsaslanaraq bilgi veririk ki, tərkibində sağlamlığımız üçün ciddi fəsadlar törədən xəstəlik viruslarının süfrəmizə və mədəmizə yol tampasının qarşısının alınmasının iki yolu var.

1. smDövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən heyvanlara vaxtlı-vaxtında müxtəlif xəstəliklərə qarşı vaksinlər vurulmalı və proflaktik tədbirlər həyata keçirilməlidi.
2. Qüvvədə olan qanunvericiliyə əsasən mağazlarda, köşklərdə və s. yerlərdə satılan heyvan əti, ancaq kəsim yerlərində (məntəqələrdə) mərkəzləşdirilmiş qaydada kəsilməli, kəsim məntəqəsinin baytar həkimi tərəfindən ekspertizadan keçirilib cəmdəyin üzərinə “baytarlıq baxışı” nişanı vurulduqdan sonra satışa göndərilməlidir.
Lakin çox təəssüflə qeyd etməliyk ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti üzərinə düşən vəzifəni yerinə yetirmir və nəticədə insanlarıiızda müxtəlif xəstəliklər, o cümlədən sonsuzluq xəstəliyi yaranır. Bu gün heç kimə sirr deyil ki, ölkəmizin sosial bəlalarından birinə çevrilən sonsuzluğa qarşı ciddi tədbirlər alınmazsa, bu sosial bəla mili təhlükəsizlik məsələsinə çevrilə bilər. Problemin həll yolu isə təbii ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin üzərinə düşən vəzifəni icra etməsindən ibarətdir. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma və bir sıra mütəxəssislə söhbətimizdən sonra ortaya çıxan qənaət belədir ki, hər şeydən əvvəl mal-qara vaxtlı vaxtında peyvənd olunmalıdı. Çox təəssüf ki, dövlət hər il Dövlət Baytarlıq Nəzarəti Xidmətinə kifayət qədər vaksin dərmanları almaq üçün vəsait ayırmasına baxmayaraq, bu sahədə heç bir iş görülmür. Qeyd edək ki, həmin vaksinlər xaricdən alınır və baytar həkimlər yerlərdə həmin vaksinləri pulsuz olaraq kəndli və fermer təsərrüfatlarında olan heyvanlara vurmaqla vəzifəlidirlər. Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir. Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir.
Rayonlarda apardığımız araşdırmalar zamanı məlum olub ki, dövlət BaytarlıqNəzarəti Xidmətinin rayon şöbələri və baytar məntəqələri vaksinləri özəl apteklərdə satıdırır və pullarını ciblərinə qoyurlar. Heyvanlar isə ancaq bir halda peyvənd olunur. Heyvan sahibləri özləri baytarlara müraciət etdikdə və buna görə pul ödənildikdə. Ancaq məsələ orasındadır ki, baytarların heyvanlara vurduqları vaksin və peyvəndlərin elə də təsiri olmur. Çünki məntəqə müdirləri heyvanların yoluxucu xəstəlilərinin profilaktikası üçün nəzərdə tutulan xüsusi temperatur tejim tələb olan peyvənd vasitələrini, dərman preparatlarını şəxsi evlərində saxladıqları üçün belə rejimdə rejimdə saxlanılan preparatların xəstəliklərə qarşı effekti olmur, ya da çox az olur. Elə o üzdən də rayonlarda dabaq, qarayara, bruselyoz və xlamidioz xəstəliklər heyvan xəstəlikləri tüğyan edir. Bu isə xüsusi təhlükə mənbəyidir. Çünki bu tipli xəstəliklər insanların heyvanlarla gündəlik təmasından keçdiyi kimi, eyni zamanda yaxşı bişirilməmiş süd və ət məhsullarından insanlara keçir. Bu gün ən böyük təhlükə isə Bakıda emal olunan kolbasa və sosis məhsullarında, dönərxanalarda hökm sürür.

Qeyd edək ki, dönərxana və kolbasa sexlərində baş verənlərlə bağlı və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovun bu tipli müəssisələrdən nə qədər aylıq rüşvət alması ilə bağlı növbəti yazımızda məlumat verəcəyik. Hələliksə yalnız onu demək istəyirik ki, məhz Kənd Təsərrüfatı naziri Heydər Əsədovun və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qurduğu rüşvət mexanizmi sayəsində süfrələrimiz birbaşa xəstəlik mənbəyinə çevrilib. Bu hal hazırda qlobal xarakter daşımaqdadır və xalqımızın gələcəyi üçün ciddi təhlükəyə çevrilməkdədir. Qanunla müəyyən edilməmiş yerlərdə, nəzarətsiz şəkildə küçələrdə kəsilən və satıla cəmdəklər isə birbaşa təhlükə mənbəyidir. Çünki yuxarıda göstərildiyi kimi, qanunsuz yerlərdə kəsilən heyvanlara baytar nəzarəti həyata keçirilmir. Bu gün Bakıda satılan ətlərin 90 faizinə “baytarlıq baxışı” nişanı vurulmur. Azər Süleymanovun işçiləri sadəcə Bakıda və rayonlarda fəaliyyət göstərən on minlərlə ət dükanlarından, dönərxanalardan aylıq rüşvət haqqlarını almaqla vəzifələrini bitmiş hesab edirlər.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun növbəti gedişlərindən biri də Respublikanın rayon və şəhərlərindən Bakı şəhərinə satılmaq üçün gətirilən heyvan cəmdəkləri ilə bağlı yaratdığı “ƏT şosudur”. Son zamanlarda efirlərin daimi müştərisinə çevrilən A. Süleymanov Bakıya gətirilən heyvan ətlərinin güya insan qidasına yaramadığını aşkar edərək qarşısını almışam “şousu” ilə sahibkarlara küllü miqdar zərər vurmuşdur. Azər müəllim müntəzəm olaraq “at əti aşkar etmişəm” çıxışı ilə xof yaradır. Lakin bunla bağlı cumhuriyyet.az olaraq mütəxəssislərdən aldığımız rəydə bildirilir ki, əsasən at əti ilə bağlı əhali arasında çaşqınlıq yaratmaq düzgün istiqamət deyil. Belə ki, at əti də digər kəsilməsinə göstəriş olan heyvanlar kimi qida zəncirinə daxil edilir və at ətindən kəsimində tələb edilən qaydalara əməl etməklə istifadə edilə bilər. (At ətinin baytarlıq –sanitariya ekspertizası).
Sahibkarlara məxsus ətləri yararsız hesab etmək üçün laboratoriyadan istənilən rəyin alınması Azər müəllimin bu “şousunda” vacib şərtlərdəndir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məqsədinə çatmaq üçün A.Süleymanov dayısı oğlu Elşad Rzayevi və tələbə yoldaşı Mübariz Nəbiyevi tabeliyində olan Respublika Baytarlıq Laboratoriyasında mühüm vəzifələrə yerləşdirmişdir. Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə yeni təyin etdiyi tələbə yoldaşı Kamran müəllim isə evində şirniyyat hazırladaraq Xidmətin yeməkxanasında satdırmaqla və hər gün yeməkxanada bu biznesinə nəzarət etməklə fəaliyyətini elə Xidmətin yeməkxanasında yerinə yetirir.Azər məllim Xidmətə rəs əvəzi gələn kimi öz adamlarının hesabına korrubsiya şəbəkəsi yaratmqaq üçün Müfəttişlik sektorunun müdiri Tofiq Atazadəyə şər atmaqla təyziq altında işdən çıxması haqqında ərizəsini aldı. Onun yerinə isə rayon səviyyəli, dövlət qulluqçusu olmyan Aydın Hüseynovu qanunsuz olaraq dövlət qulluğuna vəzifəyə gətirdi. Ramiz Salmanov da öz sözünüdeyən, qanunsuzluqlarla barışmağı və yaltaqlığı bacarmadığı üçün ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində püxtələşmiş mütəxxəssisə torba tikərək ştatının ixtisara düşməsinə nail oldu. Baytarlıq İdarəsinin sabiq rəisi, peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı. Burada məqsəd birdir Azər müəllimim “çaldığı müsiqiyə” mütləq rəqs etmək. torbaları tikilərək İşdən azad olan mütəxəssislərlə yeni təyin edilmiş kadrlar arasında müqayisə edlməyəcək dərəcədə fərq vardır.






Fikirlər