Həbsxanadan qaçan Ağamiyə 19 il HƏBS VERİLDİ
Qatardan qaçan dustaqlardan biri, Əli Ağamiyə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri hökm oxuyub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakimlər kollegiyası bu işə görə Bakıya ezam edilib və proses Sabunçu rayon Məhkəməsində keçirilib. Ə. Ağami adam öldürməkdə və qanunsuz silah daşımada təqsirləndirilərək 19 il müddətinə azadlıqdan məhrum edilib. Əli Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərində kafedə 32 yaşlı Elvin Nəciyev və 25 yaşlı Zaur Sarıbalayevin qətlində şübhəli bilinərək saxlanılıb. Bu hadisəyə görə həm də “Qoca” ləqəbvli Etibar Məmmədov da ittiham edilirdi. O qatardan qaçandan sonra saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün güllələnərək öldürülüb. Əli Ağami ilə birlikdə məhkəmə qarşısına çıxarılan digər təqsirləndirilən şəxslərə - Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun hər birinə 18 il həbs cəzası verilib.