TƏRTƏR İCRA BAŞÇISI baş vermiş atışma ilə bağlı danışdı
Erməni silahlı birləşmələri Tərtər rayonunun cəbhəyanə ərazilərini iriçaplı silahlardan atəşə tutub. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində bir ev tamamilə dağılıb. İcra başçısı bildirib ki: "Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə gecə saatlarında düşmən susdurulub. Hal-hazırda vəziyyət sabitdir". AzerTaym.az