CƏBHƏDƏ GECƏ gərginliyi - düşmən əsgəri ölümcül yaralandı
Mayın 13-ü saat 17 radələrindən cəbhədə yaşanan gərginlik 14 may gecəsi boyunca davam edib. Azərbaycan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizin atəşə tutulmasına cavab zərbələri endirilərkən düşmən hərbçisi yaralanıb. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, cəbhənin şimal istiqamətində ağır güllə yarası alan hərbi qulluqçu 1995-ci il təvəllüdlü Ovanes Poqosyandır. Onun Ermənistan, yoxsa Qarabağ ermənisi olduğu açıqlanmır.