Sevinc Osmanqızı Bakıya qayıdır

sevinc__ers3

Uzun müddətdir ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızı Azərbaycana qayıtmağa hazırlaşır. 

Bu barədə Modern.az-a jurnalistin özü xəbər verib.

S.Osmanqızı deyib ki, atası Osman Mirzəyevin də həlak olduğu Qarakənd faciəsinin 25 illiyində iştirak etmək üçün gələn ay Azərbaycana gəlməyi planlaşdırır.
Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub.
20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Həlak olanlardan biri də Osman Mirzəyev olub.






Fikirlər