Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsi yad etdilər

Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsi yad etdilər

Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsi yad etdilər

Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında anım mərasimi keçirildi.

Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoyub, sonra onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotosentlərlə tanış olub, “Dəyirmi masa” arxasına keçdilər. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Umummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
Rayon rəhbəri qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 34 illik bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlıdır. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
Ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyanın və regionun inkişaf etmiş dövlətinə çevrilib. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bu gün Respublika prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır.
Tədbirin sonunda Umummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
Sonra Ulu öndərin anım günü münasibəti ilə ehsan verildi.
AzerTaym.az

Fikirlər