Ana şəhid oğlunu belə qarşıladı: Polislər özlərini saxlaya bilmədilər - VİDEO

Ötən gün Şəki öz şəhidini qarşılayıb. 

AzerTaym.az "ARB Şəki"yə istinadla xəbər verir ki, Aqşin Abdullayev cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndinə gətirilib.

Kadrlarda şəhidin ailəsinin və yaxınlarının fəryadı insanların ürəklərini dağlayır. Şəhidin tabutunu aparan yol polisinin göz yaşları isə hər kəsi kövrəldib.

Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Abdullayev Aqşin İsmayıl oğlu bu gün doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!






Fikirlər