Fikrət Qocaya ağır itki — Oğlu faciəvi şəkildə ÖLDÜ
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib. AzerTaym.az BakiPost.az-a istinadən xəbər verir ki, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib. F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: "Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib". Qeyd edək ki, mərhumun 52 yaşı olub. Allah rəhmət eləsin.