Təhsil Şöbəsinin müdirinə ittiham: Elə danışır, elə bil məktəblilər rahat şəkildə məktəbdə ÖPÜŞƏ BİLƏR
Beyləqandakı orta məktəblərdən birində baş vermiş qalmaqal artıq bir neçə gündür ki, həm mətbuatda həm də sosial şəbəkədə geniş müzakirə olunur. Söhbət 17 yaşlı məktəbli qızın sinif yoldaşları tərəfindən zorakılığa məruz qalması iddiasından gedir.
Olaya Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri də münasibət bildirib. Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova aznews.az-a deyib ki, hadisə bir ay bundan əvvəl baş verib: “Yalandır, camaatın qızına şər atırlar. Orda zorlanma hadisəsi olmayıb. İnanın səmimiyyətimə, şagirdin yaxası belə açılmayıb. Hamımızın balası var. Opüşmək zorakılıq hadisəsidir? Opüşmək cinsi əlaqədə olmaq deməkdir?”
Modern.az xəbər verir ki, hadisəyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Təhsil Şöbəsi müdirin bu cür açıqlama verməsini biabırçılıq adlandırıb:
“Hörmətli müdir, belə çıxır ki, məktəblilər rahat şəkildə məktəbdə öpüşə bilərlər?
Hörmətli müdir, sənin də Təhsil Şöbəsinin müdiri olmağın təhsil adamı olmağın demək deyil. Başınız o qədər neqativ hallara qarışıb ki, orta məktəbin funksiyası və dəyərləri yadınızdan çıxıb.
Sizin kimi çoxları təsadüf nəticəsində təhsilin idarə edilməsinə gəldiyinə görə təhsilin əsas məqsədlərindən xəbərləri yoxdur. Sizə xatırladım ki, orta məktəb öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək funksiyasını yerinə yetirir.
Beyləqan məktəbində, ümumiyyətlə harada baş verməsindən asılı olmayaraq, təhsil müəssisəsində baş verən bu tipli hadisələrə görə başda Təhsil Şöbəsinin müdiri olmaqla, təhsil müəssisəsinin rəhbəri, müavinləri, həmən sinifin rəhbəri birbaşa əmək məcəlləsinin 70 ç bəndi ilə işindən azad edilməlidir.
Deyəsən son dövrlərdə bir çoxu təhsil müəssisəsini əyləncə mərkəzi ilə dəyişik salıb”.