“Dağlıq Qarabağ münaqişəsi bütün regiona mənfi təsir edir”- SƏFİR
İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu illə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. AzerTaym.az xəbər verir ki, bunu Trend-ə İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder deyib. Səfir bildirib ki, münaqişə tərəfləri danışıqlar masasına əyləşməli və daha səmərəli sülh danışıqları aparmalıdır: “Hər bir münaqişə qonşu ölkələrə, ümumilikdə bütün regiona mənfi təsir edir və bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də öz mənfi təsirini göstərməkdədir”