Rəsmi açıqlama: "Gənclik Mall" ticarət mərkəzində həyəcanlı anlar yaşanıb - İnsanlar təxliyyə EDİLİB

"Gənclik Mall" ticarət mərkəzində həyəcanlı anlar yaşanıb

Xəbər verdiyimiz kimi, iyunun 20-i, axşam saatlarında Tofiq Bəhramov adına stadionunun yaxınlığında yerləşən "Gənclik Mall" ticarət mərkəzində həyəcanlı anlar yaşanıb

Hadisə yerində olan vətəndaşların dedeiyinə görə, işıqlar sönən zaman ticarət mərkəzinin əməkdaşları onlara ərazini təcili tərk etmələrini bildiriblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib ki, həmin vaxt vətəndaşlar təxliyə olunmayıb:
“Araşdırma zamanı məlum olub ki, ticarət mərkəzində işıqlar sönüb. Vətəndaşlar panikaya düşərək mərkəzi tərk etməyə başlayıb”.
O.Bayramovun sözlərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmayıb:
“Çünki orada fövqəladə hadisə baş verməyib. Elektrik enerjisinin verilməsi bir müddət sonra daxili imkanlar hesabına bərpa olunub”. (Modern.az) 






Fikirlər