İlham Əliyevdən Mehman Əliyevin həbsinə REAKSİYA - Jurnalist azadlığa ÇIXA BİLƏR
“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb. AzerTaym.az saytı xəbər verir ki, haqqın.az-ın yazdığına görə, İlham Əliyev Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib. Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.