Bu yerlərdə subasma sahələri aktivləşib - YAGIŞLARA GÖRƏ

Bakı və Abşeronda subasma sahələrində vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik qeydə alınıb.
 Ekspedisiya rəisi bildirib ki, Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədi və Qala qəsəbəsi subasma sahələrində də nisbi aktivlik baş verib.
 Ə. Qaralov qeyd edib ki, subasma sahələrində prosesin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub. 






Fikirlər