ƏhLİMAN Əmiraslanovun yeni MONOQRAFİYASI çapdan ÇIXDI

Related image

Milli Məclisin Səhiyyə komitəsinin sədri, AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik katibi, akademik  Əhliman Əmiraslanovun həmmüəllifliyi ilə “Dayaq hərəkət orqanları şışlərində neoplastik angiogenez adlı monoqrafiya çapdan çıxıb.

 Monoqrafiya dayaq-hərəkət orqanları şişlərinin müasir problemləri, təsnifatı, diaqnostikası, müalicə üsulları və proqnozlarının neoplastik  angiogenezinin təyini əsasında müəyyənləşdirilməsi kimi məsələlərə həsr edilib.

 Monoqrafiyada dünya tibb ədəbiyyatının ən son məlumatları öz əksini tapıb.

 Angiogenez - yeni qan damarlarinin əmələ gəlmə prosesidir. Angiogenez  normal və zədələnmiş toxumalar  ücün xarakterik deyil,  o yalniz şişlər, həmcinin diabetik angiopatiyalar zamani aktivləşir.  

 Angiogenezin ən cox öyrənilən aktivatorları damar endotelinin böyümə amili  və fibroblastlarin inkişaf amilidir.

 Müəyyən edilib ki,  damarları az olan şiş toxuması  ilə müqayisədə, damarlari cox olan şiş toxumasının  inkişafi çox sürətlə  gedir.   

 Həmçinin aşkar edilib ki,  bədxassəli şişlərdə damarların sıxlığı normaya və xoşxassəli şişlərə  nisbətən yüksək  olur.

 Beləliklə, şiş kütləsində damarların sayının hesablanması  bədxassəli şiş riski yüksək  olan xəstələri ayirmağa  imkan yaradır ki, bu da gələcəkdə həmin xəstələrdə  daha intensiv müalicənin aparılmasına şərait yarada bilər.

 Digər tərəfdən,  damar endotelinin böyümə amili  əleyhinə terapiya  yeni yaranan damarların miqdarının artmasının qarşısını alır və  metastaz verməni  zəiflədir, şişdaxili təzyiqi aşağı salmaqla isə sitotoksik preparatların daha effektiv təsirini təmin   edir.

Yeni çapdan çıxan monoqrafiya onkoloqlar, onkoloq-travmatoloqlar, cərrahlar, morfoloqlar və müvafiq sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

 

 






Fikirlər