Baş Prokurorluqdan “Qoca”nın tutulmasıyla BAGLI AÇIQLAMA
Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet "Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qafqazinfo”ya faktı təsdiqləyib. O bildirib ki, Etibar Məmmədovun saxlanılması və cinayət işinin istintaqı ilə bağlı gün ərzində rəsmi məlumat yayılacaq.
Qeyd edək ki, bu gecə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı "Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.
"Qoca” sağ ələ keçirilsə də, yanında olan şəxslərdən birinin öldürüldüyü deyilir.