AMEA-nın ƏSAS binası ZÜLMƏTƏ qərq oldu — MİLYONLUQ borc
Bu gün Bakıda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının elektrik enerjisi kəsilib. “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın “Azərişıq” ASC-yə milyon manata yaxın borcunun olması göstərilir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə hazırda Fransada səfərdə olduğu üçün binaya elektrik enerjisinin verilməsi ilə bağlı danışıqlar onun müavini tərəfindən aparılır. Faktın doğruluğunu AMEA-dan “Ölkə.Az”-a təsdiq ediblər. Adının çəkilməsini istəməyən mənbə bildirib ki, AMEA-nın yaranma günündə elektrik enerjisi yaranan borca görə kəsilib. Qeyd edək ki, bu gün həm də AMEA-nın yaranma günüdür. 1945-ci il yanvarın 23-də AMEA yaradılıb.