Baba Rzayev SEÇKİ DAİRƏLƏRİ İLƏ bağlı TAPŞIRIQ VERDİ

Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin təyin edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-də toplantı keçirilib.

ASC-dən AzerTaym.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, qarşıda qurumu çox məsuliyyətli bir iş gözləyir. Seçki dövrünü uğurla başa vurmaq üçün “Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” 19.02.2018-ci il tarixli əmr imzalanıb. Bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verilib.

Cəmiyyətin sədri 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidentinin seçkiləri günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.

İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələri və məntəqələrinin elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.






Fikirlər