Elçin Quliyevdən MÜHARİBƏ mesajı

Elçin Quliyevdən müharibə mesajı

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhə­rində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi ke­çirilib.

DSX-dən AzerTaym.az-a verilən məlumata görə, gənc sərhədçilər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin dövlət sər­hədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaş­ması və inkişafındakı misilsiz xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində sərhəd mühafi­zəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsini xüsusi qeyd edib. Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bü­tövlüyünün bərpası üçün istənilən anda hər bir döyüş tapşırığını yeri­nə yetirməyə, işğal altında olan torpaqlarımızda Azərbaycanın suve­ren hüquqlarının bərpası uğrunda savaşa daim hazır olması xüsusi vurğulanıb, Vətən torpağının astanasında – dövlət sərhədində üç­rəngli dövlət bayrağımız altında xidmət aparmağın hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf olması qeyd edilib.

General-polkovnik Elçin Quliyev Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xid­mətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlə­rinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşmüş, onların övladlarının Vətəninə, dövlə­tinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşması­na Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini və səmərəli olmasını bildirib, oğullarının hərbi andı qəbul edərkən keçiridikləri qürur hissləri münasibətilə hər bir valideyni təbrik edib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının Horadiz və Lənkəran sərhəd dəstələrində də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.






Fikirlər