Əli Həsənov Hökumətin iclasına NİYƏ GƏLMƏDİ?..
Dünən - oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda hökumət üzvləri iştirak edib. Çıxış edən vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov ölkə başçısına görülmüş işlərlə bağlı hesabat veriblər. Prezidentin sədrliyi ilə keçirilən iclasda diqqət çəkən məqamlardan biri də Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun toplantıya qatılmaması olub. Maraqlıdır, Əli Həsənov dünənki toplantıda niyə iştirak etməyib? Nazirlər Kabinetindən Baş nazirin müavini Əli Həsənovun iştirak etməməsinə belə aydınlıq gətirilib: “Hazırda Baş nazirin müavini Əli Həsənov məzuniyyətdədir. Məhz bu səbəbdən də Əli müəllim ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iştirak etməyib”.
Yeri gəlmişkən, iclasda “Dövlətqaçqınkom”un Əli Həsənovun dövründəki fəaliyyəti sərt şəkildə tənqid olunub.
Modern.az saytının əməkdaşı bu sualla əlaqədar Nazirlər Kabinetinin məsul şəxslərilə əlaqə saxlamağa çalışıb.