MSK deputatlığa namizədlərin siyahısını YENİLƏDİ

Fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilmiş namizədlərin siyahısı yenilənib.

Modern.az xəbər verir ki, yenilənmə nəticəsində hər dairə üzrə yalnız qeydə alınmış namizədlərin siyahısı saytda yer alıb. Bundan əvvəl saytda yer alan ümumi məlumatlar, irəli sürülən, qeydə alınmayan, MSK tərəfindən imtina edilən və sonradan namizədliyini geri götürən şəxslər haqqında informasiyalar saytdan götürülüb.

Sabah, yəni yanvar ayının 27-dən isə növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

MSK-nın məlumatına görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Qeyd edək ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədliyin sayı 1380 nəfərdir.






Fikirlər