TƏBİB evdə müalicə alan koronaviruslu xəstələrə dərman versin! - KOMİTƏ SƏDRİ
Ölkədə xəstə sayının artması səbəbilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən COVID-19 testi pozitiv çıxmış və xəstəliyin yüngül əlamətlərini daşıyan şəxslərin evdə müalicəsinə qərar verilib. Amma bir nüans unudulub. Xəstəxanalarda müalicə alan xəstələrin bütün xərcləri dövlət tərəfindən qarşılanır, evdə müalicə olunanlar isə bütün dərman pereparatlarını özləri almalıdır. Qeyd edək ki, indiyədək ölkədə, ümumilikdə, 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Evdə müalicə alan xəstələrin dəqiq sayı açıqlanmasa da, onlar kifayət qədər çoxdur və müalicələrini öz hesablarına aparırlar. Burada maraqlı, həm də insanaları sosial cəhətdən narahat edən sual yaranır: Niyə eyni xəstəliyə tutulan şəxsin biri evdə öz hesabına, digəri xəstəxanada dövlət hesabına müalicə olunmalıdır? Bu, insanların hüquqlarının pozulması deyilmi? Ötən birifinqdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərin mövzu ilə bağlı sualına tam cavab verməsə də, bunları deyib: “Yoluxanların və aktiv xəstələrin sayı az olanda biz çalışırdıq ki, test nəticəsi pozitiv olan hər bir vətəndaşımızı müalicəyə ehtiyacı olmasa da, izolyasiya edək, xəstəxanalarda saxlayaq. Sonralar daha ağır, müalicəyə ehtiyacı olan xəstələrin xəstəxanlarda müalicə almaq şansı olsun deyə, daha yüngül xəstələrin evdə müşahidəsinə dair qərar verdik. Xəstəxanada olan xəstələrin bütün müalicəsi dövlət hesabına aparılır, evdə müşahidə altında olanlar isə öz hesablarına”. “Doğrudur, nə qanunvericilikdə, nə də praktikada ambulator müalicəni dövlət qarşılamır. Amma müalicə dərmanları heç olmasa TƏBİB tərəfindən verilərsə, insanlara da kömək olar”. Deputat bildirib ki, insanların hamısına bərabər münasibət sərgilənməlidir: “Xəstələrin bir hissəsi xəstəxanadadır və bütün xərclərini dövlət qarşılayır. Digərlərinin - evdə müalicə alanların da heç olmasa müalicə dərmanları verilməlidir ki, insanların sosial yükü azalsın. Müəyyən insanlar var ki, onların dərman almağa maddi imkanları çatmır. Ona görə də koroanvirusa yoluxmuş yoxsul qismin, sosial müdafiəyə ehtiyacı olan təbəqənin dərmanları TƏBİB tərəfindən verilsə, yaxşı olar”. Modern.az saytı evdə müalicə üçün nəzərdə tutulmuş müalicə protokolunu təqdim edir: COVID-19 koronavirusuna yoluxmuş, yaşı 18-dən yuxarı olan şəxsin evdə müalicə sxemi: Ümumi ev karantini: Vitamin C 1000 mq x 4 dəfə, 10 gün; Temperatur >37,5 olarsa: "Ceftriaxon" 1.0 x 2 dəfə və ya "Moxifloxacin" 400 mq x1 dəfə 1 həftə; Öskürək olarsa: İnhalyasiya: "Salbutamol" 5 mq 1 ampul + NaCl 0,9% 3 ml; Şikayətlər itənə qədər. Diseptik əlamətləri olarsa: İshal yaranarsa: "Loperamide" 4 mq gündə 1 dəfə (maksimum 8 mq); "Pantoprazol" 40 mq, gündə 1 dəfə; Şikayətlər yaxşılaşana qədər. 18 yaşa qədər olan şəxslər üçün müalicə sxemi: Qeyd: Simptomlar olamdıqda müalicəyə başlamaq olmaz Hər hansı simptom başladıqda: Vit C; 6-12 ay 50 mg/gün 1-3 yaş : 15 mg/gün; 3-8 yaş : 25 mg/gün; 8-13 yaş : 45 mg/gün; 13-118 yaş : 75 mg/gün. Azitromisin: 6 aydan böyüklərə 10 mg/kg ilk gün tək doza, növbəti gün 5 mg/kg 4 gün. Ösküərk olduqda: İnhalyasiya : sabutamol 2.3 mg+Na Cl 0,9 % 2 ml. Hərarət olduqda:
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a deyib ki, məsələ tənzimlənməlidir:
Vitamin D 20mq/2000 iu, günaşırı, 2 ay;
Sink 25 mq, gündə 1 dəfə, 10 gün.
"Asitromisin" 500 mq x 1 dəfə ilk gün, 250 mq gündə 1 dəfə, 4 gün;
"Parasetamol" 500 mq gündə maksimum 4 dəfə (hərarət olarsa).
"Asetilsistein" 600 mq gündə 1 dəfə;
"Linex" - 2 kapsul gündə 3 dəfə və ya "Enterol" 2 kapsul gündə 1 dəfə;
0-6 ay 40 mg/gün;
1-5 ay 10 mg/kg per os gündə 2 dəfə;
Öskürək üçün sirop.
Paracetamol 60 mg/kg gündəlik doza şəklində 2-3 dəfə (hərarət olduqda).