OĞURLADIĞI 5.7 milyon manat PULU banka depozit qoyubmuş
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rrəhbəri Vüqar Səfərli dövvlətdən oğurladığı pulları banklardan birinə depozit olaraq qoyubmuş. Bu haqda Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir. Xəbərə görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb. Qeyd edək ki, V. Səfərli haqda həbs qətimkan tədbiri seçilib. /“Yeni Sabah”