MİLYADERLƏRİN 100 yaşa çatmasının SİRRİ ...
Dünyanın ən qocaman milyarderləri və milyonçuları çoxdur. Onların uzunömürlülük sirri nədədir? Çoxunun güman etdiyi kimi çoxlu pulda deyil. "Medicina.az" məşhur milyarderlərin sağlamlıq sirlərini təqdim edir: Uorren Baffet – 91 yaş Varidatı: 106 milyard dollar 11 yaşından biznesdədir.
O, hər gün iş yerinə gedir, bizneslərinə nəzarət edir, yeniliklərə açıqdır. Sağlamlıq düsturu: “Mən zamanı, sevgini, sağlamlığı pulla ala bilmərəm. Lakin pullarla ağlım, ürəyim necə istəyir davrana bilərəm. Nə etdiyim xoşuma gəlir, ətrafımdakı dostlarım, insanlar xoşuma gəlir. Hər səhər çarpayımdan uşaq kimi şən qalxıram. Biz basketbola, qolfa gedirik. Ətrafım mənim həyatımı yaxşı etməyə çalışır, mən də onların” Baffet gününün yarısını oxumağa, öyrənməyə sərf edir. O, emosional intelektini nizamlayır. O, uşaqlar kimi qidalanır. “Mən müasir tibbi göstəriciləri analiz etdim və öyrəndim ki, 5-6 yaşlılar arasında ölüm aşağıdır. Ona görə onların yolunu seçdim, onlar kimi az qidalanıram. 2015-ci ildə isə Baffet gözlənilməz açıqlama etdi. O, gündə 5 banka Cola içdiyini bildirdi. Onlardan ikici vişnəli idi. “Mənim bədənimin 4-də biri Coca Coladan ibarətdir. Mən Mcdonalsda da qidalanıram.Axı uşaqlar bu qidaları seçir. Lakin həkimlər bunun absurd olduğunu bildirir. Onlar yaşlı milyarderin sadəcə qocaldıqca uşaqlaşdığını əsas gətirirlər. Çarlz Manqer – 98 yaş Varidatı: 3 milyard Onun həyat və sağlamlıq prinsipləri bunlardır:
- Paxıllıq etmə - İncimə - Çox artıq pul xərcləmə - İstənilən ağır, çətin durumda həyatsevərliyini qoru - Nə etməlisənsə onu et - Həmişə yeniliklər düşün- Devid Merdok – 97 yaş Varidatı -2,1 milyard Ən böyük meyvə-tərəvəz agentidir
2003-cü ildə o, Kaliforniya sağlamlıq və uzunömürlülük instititunu təsis edib. O, 125 il yaşamağa iddialıdır. Ona görə idman, dieta və sağlam həyat tərzi sürür. Bir neçə sirrini açıqlayıb: O, vegeterian pəhrizi saxlayır, ət yemir, gündə 20 pors meyvə-tərəvəz qəbul edir. Meyvələri qabıqlı halda yeyir. O, nə banan, nə portağal qabıqlarını atmır. “Gün işığının toxunduğu hər bir qidanı yemək lazımdır”. Yağlı qidaları “ölüm mənbəyi” hesab edir. “Qida seçimi və vərdişlərini dəyişmək heç vaxt gec deyil” O, ağır idman növləri ilə yox, zövq verən müxtəlif idmanla məşğul olmağı tövsiyə edir. At sürmək, yoqa, gəzinti, üzgüçülüklə məşğul olur.