Eldar Əzizov şəhid ailələri ilə görüşdü ...
Zəfər bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. AzerTaym.az bildirir ki, görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən 1 il ötür. Ötən ilin sentyabrın 27-da şanlı Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq Ermənilərlə olan münaqişə qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə qazanıldı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olundu. Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbəbə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. “Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızin ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaqdır. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da var. Dövlətimizin başçısı İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazılərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür”. Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adınını əbədiləşdirılməsi ilə bağlı müraciətlər nəzarətə alındı.