Bill Qeyts: "2022-ci ildə koronavirusun daha zərərli ştammı olmayacaq"

Bill Qeyts:

İldə heç olmasa bir dəfə peyvənd olunmalıyıq”.

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts bu ildə koronavirusun daha zərərli ştammının peyda olmayacağını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.

“Daha bir yoluxucu ştammın meydana gəlməsi ehtimalı azdır, lakin biz pandemiyanın gedişində az sürprizlə tanış olmadıq”, - deyə o, yazıb.

Bill Qeyts hesab edir ki, “omikron” ştammının sayəsində bir çox insanda ən az bir illik immunitet yarana bilər. “Ola bilər ki, biz hansısa zaman ərzində ildə ən az bir dəfə peyvənd olunmaq məcburiyyətində qalaq”, - deyə o, bildirib.






Fikirlər