“Terroru PKK törədib” - Yaşar Gülər
Türkiyə milli müdafiə naziri Yaşar Gülər TUSAŞ aerokosmik şirkətinin obyektində törədilən terror aktı ilə bağlı açıqlamalar verib. “Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, nazir hücumu PKK terror təşkilatının üzvlərinin həyata keçirdiyini bildirib. “Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik”, - deyə Gülər deyib.