DEPUTAT: "Apteçka" ajiotajı BƏZİ İŞBAZLARIN QURDUGU oyundur
Yol polisinin avtomobillərdə dərman qutularının olmamasına görə xüsusi reyd keçiriləcəyi və “apteçka”sı olmayanların kütləvi şəkildə cəzalandırılacağı barədə məlumatlar yayılıb. Ancaq Baş Dövlət Yol Polisi İdarəsindən yayılan məlumatların əsassız olduğu bildirilib. Yaranan vəziyyət haqında millət vəkili Zahid Oruc Ölkə.Az-a danışıb: "Nəqliyyat vasitələrində dərman qutusunun olması ilə bağlı qanunvericilikdə əslində köklü dəyişkilik baş verməyib. Lakin görünür 2016-cı ilin başlaması ilə müxtəlif işbaz dairələr qeyd etdiyimiz kimi cəmiyət arasında bu xəbərləri yayaraq kütləvi ajiotaj doğurmaq və bundan maksimum dərəcədə faydalanmaq fikrinə düşüblər. Bu plan ilk anlarda müəyyən dərəcədə baş tutub. Faktiki olaraq hər bir peşənin özünəməxsus vəzifəsi vardır. Sovet dövründə ilkin tibbi yardımın həyata keçirilməsi tədris olunurdu. Sürücülük vəsiqəsinin qazanılması zamanı ilkin tibbi yardımla bağlı da sürücü imtahan edilirdi. Lakin sonrakı dövrlərdə bu məsələ unuduldu. Hər kəsə bəllidir ki, qəza hallar baş verərkən həmin şəxsin ağrılarını azaltmaq, ona ilkin tibbi yardım göstərmək öncə sürücülərin üzərinə düşür. Bu halda dərman qutusunun nəqiliyyat vasitəsində olması vacibdir. Bu üzdən həmin qutunun olmaması ilə əlaqədar yol polisi 5 manat miqdarında cərimələyə bilər. Yeri gəlmişkən bu cərimənin də miqdarında heç bir dəyişiklik olmayıb. Ona görə də, deyilən dərman siyahıları ilə maşınlar aptek köşkünə çevrilir, maşınlar özü ilə bir anbar dərman daşımaldır kimi versiyaların yayılması və bununla da yol polisi qurumuna ittihamların yayılması tam əsassızdır. Guya "dərman qutuları filan ünvandan alınmalıdır" və "yalnız filan brend olan aptek qutuları yol polisinin reydləri zamanı keçərlidir, standarta uyğundur" kimi versiyalar da alverçilərin və işbazların idealogiyasıdır və bunun reallıqla heç bir aəlaqəsi yoxdur. Kimin haradan dərman qutuları alması qətiyyən qanunvericiliyin predmeti deyil. Bunu yol polisinin işçiləri də, nəqliyyat vasitələrinin sahibləri də buna əhəmiyyət verməməlidir, bunu hər kəsin bilməsi lazımdır. Respubilkanın yol polisi hazırda bu məsələ ilə bağlı bütün KİV ilə cəmiyyətə yetərli məlumat verməyə çalışır. Burada sürücülərlə yol polisi arasında qarşıdurma yaratmaq və bu məsələdən yararlanmaq istəyənlər var. Nə qanunvericilik nə də praktiki fəaliyyət zamanı bu məsələdə köklü bir dəyişiklik baş verməiyib. Ancaq bu apteçka mövzusu ilə insanları incitmək, onları xərcə salmaq dövlət qurumlarının işi deyil. Bakı şəhər Yol Polis İdərəsi və Respubilka Yol Polis İdarəsi rəsmi olaraq açıqlama verir ki, onlar bu məsələ ilə bağlı hər hansısa bir reydlər həyata keçirmirlər. Kimlərinsə xaricdən dərman gətirib yol polisi ilə birləşib dərman satmaq iddiası əsassızdır. Dərman gətirənlər yol polislərinin sayəsində qazana bilərdilər. Əgər qeyd olunan dövlət qurumu bu məsələdə hər hansısa bir rol oynamadığını bəyan edirsə, onda məsələdə kimlərinsə uğurlu kompaniya aparmaqla, sürücüləri bu cür informatik tələyə salmaqla sonra onlara öz məhsullarını sırıyıblar. Hansısa fərdi yol polisinini bu məsələdə rolunu müzakirə etmirəm, ancaq rəsmi dövlət qurumları bu məsələ ilə bağlı informasiya yayıblar, artıq bununla bağlı geniş təbliğat işinə başlayıblar".