"Lobbiçilik rəsmiləşdirilmiş RÜŞVƏTDİR"
AzerTaym.az xəbər verir ki, Fransanın Konstitusiya Məhkəməsinin qərarı barədə fikirlərini millət vəkili Araz Əlizadə Ölkə.Az-la bölüşüb:Fransanın Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrini rədd etməyi cinayət sayan qanun layihəsini ləğv edib
Bir müddət əvvəl Fransada qəbul olunan “erməni soyqırımı”nı tanımayanlara qarşı cinayət işinin açılacağı ilə bağlı qanun layihəsi Fransa ilə Türkiyə arasında gərginliyə səbəb olmuşdu. Qanun layihəsi qəbul edildikdən sonra tərəflər arasında qarşılıqlı ittihamlar və bəyanatlar səsləndirildi. Amma bu gün Fransanın Konstitusiya Məhkəməsi bu layihəni əsassız sayaraq rədd edib.
"Hər bir insan hər hansı bir tarixi hadisəyə öz fikrini bildirə bilər. Fikirlər kiminsə fikri ilə üst-üstə düşməyə bilər. Buna görə cinayət işi açıb, kimisə həbs etmək özü bir cinayətdir.
Avropalılar danışanda insan haqlarından danışırlar, deyirlər ki, söz azadlığı olsun, digər tərəfdən isə deyirlər ki, hansısa tarixi hadisəni tanımırsansa, həbs edilməlisən. Bunlar qeyri-qanuni şeylərdir.
Bu qanun layihəsini Fransada olan erməni lobbisi həyata keçirmişdi. ABŞ prezidenti Tramp yeni məsələ qoyub ki, lobbiçilik ləğv edilsin. Lobbiçilik rəsmiləşdirilmiş rüşvətdir. Ona görə də, bunların hamısına son qoymaq lazımdır".