DEPUTAT: “Onlar ÖYRƏDİLMİŞ, ALDADILMIŞ insanlardır”

“Bu gün xaricdən maliyyələşən bəzi şəxslər sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Hesab edirəm ki, Azərbaycan belə insanlardan imtina etməlidir. Onlar Azərbaycanın adından danışırlarsa inkişafdan, görülən işlərdən danışsınlar”. 

Bunu parlamentin iclasında çıxış edən Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib. 

Ağacan Abiyev bir idmançı kimi deyib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 
Bu inkişafı görən insanlar Azərbaycan haqqında belə sözlər danışırlarsa, deməli onlar azərbaycanlı deyillər. Biz onlardan imtina etməliyik. Onlar öyrədilmiş, aldadılmış insanlardır. Sosial şəbəkələrdəki bu danışıqlar Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Azərbaycanın çörəyini, yeyən havasını udan şəxslər hesab edirəm ki, belə danışmamalıdır”.






Fikirlər