Sağ ayaq əvəzinə SOL AYAGI kəsən səhiyyəmizin Nigarı
Xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsən Azərbaycan səhiyyəsinin biabırçı durumu hamıya bəllidir. Bu biabırçı səhiyyənin başında duranlardan biri də Nigar xanımdır. Bu yazı ayağıkəsik səhiyyənin nazir müavinindən bəhs edir. Aidiyyəti olan bütün beynəlxalq təşkilatların, o cümlədən ən mötəbəri hesab edilən Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatlara əsasən, uşaq ölümü, ana ölümü, müxtəlif xəstəliklərdən ümumiyyətlə ölüm faizi, infeksion xəstəliklərin yayılma dərəcəsi kimi göstəricilərə görə ölkəmiz ön sıralarda durur və az qala Afrika ölkələri ilə bir sırada gedir. Bu gün sizə Səhiyyə Nazirliyinin fəaliyyətini iflic hala salan şəxslər və onların həyata keçirdikləri qeyri-qanuni işlər haqqında məlumat vermək istəyirik. Nigar Əliyeva nazir müavini kimi etimadı doğrulda bilmir Serhed.info-nun kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin fəaliyyətini bərbad hala salan şəxslərdən biri nazir müavini Nigar Əliyevadır. Qeyd edək ki, Nigar Ramiz qızı Əliyeva 12 fevral 2009-cu ildən bu vəzifədə işləyir. Bizə çatan məlumatlarda bildirilir ki, əvvəllər Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləmiş Nigar Əliyeva nazir müavini kimi ona tapşırılan işlərin öhdəsindən gələ bilmir: “Xanım məmurun adı son vaxtlar ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərindən istifadədə və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib. Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açdığı deyilir. Hətta yığdıqlarının ömrünün axırına kimi ona bəs etdiyi bildirilir. KİV-in məlumatına görə, Nigar Əliyevanın əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır. Serhed.info xəbər verir ki, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri nazir müavininin kadrlarıdır. Təbii ki, həmin insanlar təmənnasız olaraq vəzifəyə qoyulmayıblar. Yerləşdiyi qəsəbə və rayondan asılı olaraq hər doğum evinin, qadın məsləhətxanasının baş həkimi vəzifəsinin öz problemi var. Sıravi həkim işləmək isə nisbətən problemsiz başa gəlir. Ən dəhşətlisi isə odur ki, Nigar Əliyevanın vasitəsilə vəzifəyə düzələn şəxslər vətəndaşlara əlavə problemlər yaradır və səhiyyə sektorunda rüşvətxorluğun yayılmasına zəmin hazırlayırlar”. Xatırladaq ki, nazir müavininin adı bir müddət əvvəl qalmaqallı olaya qarışmışdı. Belə ki, Aygün Əliyeva adlı qadın 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub. Bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində 22 epizod üzrə istintaq aparılıb. Məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva bəzi maraqlı məqamları açıqlayıb. Qeyd edək ki, adıçəkilən xanım axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. Doğum haqqında sənədi xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsilə aldığını deyib: “Nigar rəfiqəmdir, hara yazsanız da o cavabınızı verəcək. Bütün respublikanın səhiyyəsinə o baxır. Nəyi sübuta yetirəcəksiniz?”. Saxta sənəd hazırlamaqda ittiham olunan nazir müavininin barəsində isə təəssüf ki, heç bir tədbir görülməyib. Yəqin buna görədir ki, Nigar xanım səhiyyə sistemində öz bildiklərini edir. P.S Növbəti yazıda digər müəvinlərlə Nigar Əliyevanın birgə fəaliyyətinə diqqət yönəldəcəyik.