Keçmiş DEPUTAT Nizami Quliyev VƏFAT ETDİ

Milli Məclisin keçmiş deputatı Nizami Quliyev vəfat edib.

 Modern.az xəbər verir ki, bu barədə N.Quliyevin təmsil olunduğu Aydınlar Partiyasından bildiriblər. O, Aydınlar Partiyası Ali Məclisinin sədri idi. 

 Qeyd edək ki, N. Quliyev 1956-cı ildə Gədəbəy rayonunda doğulub. Uzun illər AXCP-nin rəhbər orqanlarında təmsil olunub.

N.Quliyev 2000-2005-ci illərdə 73 saylı Gədəbəy seçki dairəsindən II Çağırış Milli Məclisin deputatı olub. O, 2008-ci ildə AXCP sıralarından istefa verib və yeni yaradılan Aydınlar Partiyasına keçib. Daha sonra Aydınlar Partiyasının Ali Məclis sədri seçilib. 

 Allah rəhmət eləsin!






Fikirlər