Sarıkökün balla qarışığının İNANILMAZ FAYDASI - MÖCÜZƏVİDİR
Qripə yol açan viruslarla hamımızın başı dərddədir. İctimai yerlərdə, metrolarda, avtobuslarda, ofisdə və digər məkanlarda viruslar bizi tapır və xəstələndirir. "AzerTaym" bildirir ki,Publika.az-ın xəbərinə görə, türkiyəli dietoloq Emre Uzun immuniteti möhkəmlənmdirməyin yollarını izah edib. Mütəxəssis bildirib ki, son illərdə sarıkök üzərində 10 mindən artıq araşdırma aparılıb. Elmi məqalə və tədqiqatların nəticələrinə görə, bu ədviyyat ən təsirli dərman bitkilərindən biridir: "Antioksidantla zəngin olan sarıkök təbii antienflamatuar, eyni zamanda ağrı sakitləşdirici vasitədir. Araşdırmalar onu da təsdiq edir ki, mütəmadi olaraq sarıkök istehlak edənlər soyuqdəymə, öskürək, qrip və tənəffüs sistemində yaranan xəstəliklərə daha az yoluxur. Xüsusilə sarıkök və bal qarışığı orqanizmi virusdan müdafiə edən antibakterial xüsusiyyətlərə malik təbii cövhərdir". Emre Uzun çayı azaldıb gündə 2 litrə yaxın su içməyi tövsiyə edib. Onun sözlərinə görə su bədən funksiyalarının normal işləməsini təmin edir: “Bədən funksiyalarının düzgün çalışması sayəsində immunitet sistemi güclənir, metabolizmin fəaliyyəti tarazlığını qoruyur. Qara çayı itburnu, adaçayı, razyana, yaşıl çay, cökə və böyürtkən kimi bitki çayları ilə əvəz edib. Omeqa 3 yağ turşusu da immunitet sistemi üçün lazımdır. Onun ən yaxşı mənbəyi balıqdır. Çünki Omeqa 3 yağ turşularının iltihab azaldıcı, immuniteti qripə qarşı qoruyucu təsirə malikdir”. Diyetoloq qripdən qoruyan içkinin reseptini də təqdim edib. İnqrediyentlər: 1/2 ədəd kivi 1/2 ədəd portağal 1 qaşıq nar Yarım stəkan su 1/2 çay qaşığı sarıkök Hazırlanması: Meyvələri yaxşıca yuyub qabığını soyun. Doğrayın və blenderdən keçirin. Damaq dadınıza görə su və sarıkök əlavə edin.