NİZAMİ rayonunda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi DAVAM edir- FOTOLAR
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə NİZAMİ rayonunda yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə, eyni zamanda, aztəminatlı ailələrə də yardımlar edilir, həmçinin onlarla profilaktik söhbətlər aparılır. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki,13 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən növbəti dəfə bu kateqoriyadan olan 50 ailəyə yardım sovqatı verilib. Rayonda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir.