Heydər Əliyev “Avrasiya İttifaqı” ideyasını 1994-cü ildə rədd edib - TARİX

 

heyder putin avro.jpg

 Azərbyacanın keçmiş prezidenti, mərhum Heydər Əliyev Rusiya prezidenti Vladimir Putinin israrla həyata keçirməyə çalışdığı Avrasiya İttifaqı təklifini hələ 1994-cü ildə rədd edib.

Belə ki, bu təklif  Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən 90-cı ilərin əvvələrində irəli sürülüb. 1994-cü ilin oktyabrında MDB-nin növbəti samiti zamanı bu ideyanın prezidentlər tərəfindən müzakirəsi təklif olunub. “Avrasiya Dövlətləri İttifaqı” adlandırılan bu layihə ilə bağlı Azərbaycan prezidentinin mövqeyi öyrənilib. O zaman Heydər Əliyev Avrasiya İttifaqı təklifinin qəbulunun mümkünsüzlüyunü bildirib.

1994-cü ildə Rusiyanın “Delovıy Mir” jurnalına verdiyi müsahibəsində bu təkliflə bağlı sualın cavabında Heydər Əliyev bildirib ki, “Nursultan Nazarbayevin təklifi diqqətlə öyrənilməlidir”.

"MDB-nin adı var, lakin yaxşı fəaliyyət mexanizmi, qarşılıqlı əlaqə yoxdur. Müxtəlif ideyalar, müxtəlif fikirlər, o cümlədən Nursultan Nazarbayevin təklifləri meydana gəlib. Bu ideya daha diqqətlə öyrənilməlidir”.

“Yenidən hansısa mərkəz, hansısa tənzimləyici yaratmağa cəhd göstərmək yaramaz. Bunu həyata keçirmək qeyri-mümkündür”-deyə H.Əliyev o zaman vurğulayıb.

Azərbaycanın mərhum prezidenti müsahibədə qeyd edib ki, MDB çərçivəsində iqtisadi inteqrasiyanın tərəfdarıdır və birlik tərkibinə daxil olan dövlətlər arasında ikitərəfli sıx əlaqələr yaradılmalıdır.

“MDB də şübhəsiz, bu iqtisadi inteqrasiyanı təmin etməyə borcludur. Bununla belə, bu işi mərkəzləşdirmək olmaz. Başqa sözlə, mənim mövqeyim belədir: iqtisadi inteqrasiya daha səmərəli olmalıdır. Lakin bu, dövlətlərin suverenliyinə və iqtisadi müstəqilliyinə xələl gətirməməlidir. Burada bacarıqlı əlaqə, tarazlıq yaradılmalıdır”, - deyə H.Əliyev qeyd edib.

X.SƏFƏROĞLU






Fikirlər