VƏKİL CAHANGİR ƏSGƏROVA “KLİP ÇƏKDİ” – “Mənim illərim, mənim zənginliyim…”
Vəkil Aslan İsmayılov AZAL prezidenti Cahangir Əsgərovla bağlı maraqlı bir videorolik hazırladıb. AzPolitika.info-nun məlumatına görə, bu gün sosial şəbəkələrdə paylaşdığı həmin videoya tanınmış vəkil aşağıdakı qeydi yazıb: “Azərbaycanda hava yollarının MONOPOLİSTİ olan AZAL vətəndaşlarımıza biletləri 2-3 dəfə baha qiymətlərə satır, ölkəmizə aşağı büdcəli hava yollarını buraxmır, bununla da qiymətləri süni şəkildə qaldırır. Məhz buna görə minlərlə vətəndaşlarımız əziyyət çəkərək xarici ölkələrə qonşu Gürcüstandan uçurlar. 2006-2014-cü illərdə dövlət büdcəsindən, yəni bizim hesabımızdan AZAL-ın 860 milyon AZN borcu ödənilib və gələn il təxminən 500 milyon AZN borcunun da ödəniləcəyi gözlənilir. Əvəzində isə Cahangir Əsgərovun şəxsi biznesi çiçəklənir. C.Əsgərovun ailəsinə məxsus Gazelli Şirkətlər Qrupu qonşu Gürcüstanda, Batumidə lahiyə dəyəri 33.5 milyon ABŞ dolları olan Gazelli Mehmanxanasının tikintisini həyata keçirir. Ölkəmizin bu günki ağır iqtisadi durumunda bu soyğunçuluğa dur deyən olacaqmı?” Aslan İsmayılovun Cahangir Əsgərovla bağlı “klipini” təqdim edirik: