Bakıda 2 doza vaksin vurduran vəzifəli şəxs koronavirusdan VƏFAT etdi - Foto
Yasamal rayon Təhsil işçiləri Azad Həmkarlar Komitəsinin sədri, 15 saylı seçki dairəsinin üzvü Elçin Həmidov vəfat edib. Yenisabah.az xəbər verir ki, 1959-cu il təvəllüdlü, vaksinin 2 dozasını qəbul edən sədr koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən E. Həmidov Yeni Klinikaya yerləşdirilmişdi.