TƏCİLİ! Ermənilər sərhədimizə ordu yığır - TƏSDİQLƏNDİ
Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi haqda informasiya doğrudur. Axar.az xəbər verir ki, faktı “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan erməni mediasına təsdiqləyib. O bildirib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə ötən gün günortadan sonra gətirilib: “Gərginlik əsasən Laçın, Kəlbəcər və Naxçıvan istiqamətindədir. Xəritəyə baxsanız görərsiniz ki, Naxçıvan sərhədində “ciblər” doludur və Laçından Bazarçaya, Cermuka qədər düşmənin də həmin ərazilərdə cəmləşməsi müşahidə edilir”.