MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI...

Ağdam bölgəsinin Şəhid Şəmsi Bayramov adına Xındırıstan Kənd Uşaq Musiqi Məktəbində cərəyan edən özbaşınalıqlar barədə redaksiyamıza daxil olan şikayət ərizəsini oxuduqca dəhşətə gəlməmək olmur.

Həmin məktəbin müəlliməsi Xatirə Hacıyeva şikayət ərizəsində bildirir ki, məktəbimizə müvəqqəti direktor təyin edilmiş Rizvan Aslanov və köməkçisi Süsən Nəbiyeva əlbir olaraq onun hüquqlarını məhdudlaşdırırlar.

Öz işinin öhdəsindən gələ bilməyən Rizvan müəllim məktəbin idarəçiliyini Süsən müəlliməyə həvalə edib. O da, məktəbi intriqa yuvasına çevirib. Belə ki, müasir tipli ikimərtəbəli məktəbimizin daxilində olan 6 ədəd ayaqyolu otağından beşinin qapısını qıfıllayaraq, istifaədəsinə qadağa qoyub. Yalnız bir ayaqyolunun qapısını açıq qoyub ki, ondan da ancaq məktəb rəhbərliyi istifadə edir. Əvəzində isə məktəbin həyətinin uzaq hissəsində dəmir şiferlərdən 2 “tualet” düzəldiblər ki, digər müəllim və şagirdlər istifadə etsinlər. Ancaq həmin “tualet”lər avtomobil yolunun kənarında yerləşdiyinə görə, biz qadın müəllimələr ora gedəndə kənardan baxanların nəzərləri altında xəcalət təri tökürük. Tədris prosesində lazım olan internetin şifrəsini dəyişiblər ki, biz müəllimlərin çoxu ondan istifadə edə bilmirik. Üstəlik dərs bölgüsündə də müəllimlər arasında ayrı-seçkilik yaradırlar ki, bu da davamlı mübahisələrə və hətta dava-dalaşa səbəb olur. Evimdə xəstə övladım olduğunu və I Qarabağ Savaşının veteranı olan həyat yoldaşımın işsiz olduğunu dəfələrlə direktorun nəzərinə çatdırıb dərs saatlarımın artırılmasını xahiş etsəm də, heç bir faydası olmur. Mənə 12 saat dərs verdiyi halda, şirnikləndirmə yolu ilə ətrafına topladıqları müəllimləri 24 saat dərs yükü ilə təmin ediblər. Bununla əlaqədar şikayət edəcəyimi bildirəndə isə, “hara istəyirsənsə, şikayət elə!”-deyirlər. Hətta mənim əsəb xəstəliyinə salındığımı görən anam Sahibə Quliyeva, öncə Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi cənab Qalib Həsənovun, sonra isə məktəbimizin üç ildir ki, müvəqqəti direktoru funksiyasını icra edən Rizvan Aslanovun qəbulunda olsa da, faydası olmadı. Hətta R.Aslanov həddini aşaraq, bir qardaşı Quliyev Baloğlan Novruz oğlunun 1992-ci ildə I Qarabağ Savaşında Fərrux dağı uğrunda gedən döyüşlərdə 24 yaşında Şəhid olan, digər qardaşı həmin döyüşlərdə dəfələrlə yaralanıb II qrup əlilə çevrilən Quliyev Rafail Novruz oğlunun bacısı - anam Sahibə Quliyevanı məktəbi təcili tərk etməyəcəyi təqdirdə polis çağıracağı ilə hədələyib. Müvəqqəti direktor Şəhidimizin sözügedən musiqi məktəbinin tar sinfini bitirdiyini, sonralar isə elə oradaca tar müəllimi işlədiyini də nəzərə almadan belə hörmətsizliyə yol verib.

Problemlə əlaqədar araşdırma apararkən faktlar təsdiqləndi. Müvəqqəti direktor qısa müddətdə mövcud problemləri həll edib, redaksiyamıza məlumat verəcəyini bildirdi. Ancaq verdiyi sözə əməl etmədiyinə görə məsələni ictimailəşdirmək qərarına gəldik.

P,S. Görəsən Qarabağ Regonal Mədəniyyət İdarəsinin rəisi cənab Q.Həsənov mövcud problemlərə və özbaşınalıqlara niyə göz yumur? Üç il müvəqqəti direktor olar? Bu və digər sualların cavablarını aidiyyəti səlahiyyət sahiblərindən alan kimi izləyicilərimizin diqqətinə çatdıracağıq.

MİNA Tv.az-ın Araşdırma Bürosu.
Xəbər lenti

Prezident Fərman imzaladı

Gündəm / Siyasət 22.10.2024

MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI

Gündəm / Sosial 22.10.2024

Ölkəmizdə yeni rüsumlar müəyyən edilir

Gündəm / Sosial 22.10.2024

“MTN işi” üzrə zərərçəkən Nərimanov İcra Şöbəsini məhkəməyə verdi –yarım milyon manat kimin cibindədir?

Gündəm / Sosial 22.10.2024

“Prayk COP29 kimi təşəbbüsləri dəstəkləyərək tullantı artımına qarşı mübarizə aparır” – Kamran Aydınov

Sosial 22.10.2024

Dörd qurum subasma ilə bağlı birgə məlumat yaydı

Gündəm / Sosial 22.10.2024

Bu şəxslər də pensiya alacaq

Gündəm / Sosial 22.10.2024

“Həmin şəxslərə güzəştli şərtlərlə ipoteka verilməlidir”

Gündəm / Sosial 22.10.2024

Bu küçələr bağlıdır - Yola çıxanların nəzərinə!

Gündəm / Sosial 22.10.2024

Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir

Gündəm / Siyasət 22.10.2024

"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR

Gündəm / Sosial 22.10.2024

AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY

Gündəm / Sosial 22.10.2024

General-mayor işdən çıxarıldı

Ölkə 21.10.2024

Hicran Hüseynovanın qohumu ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq alıb?

Gündəm / Ölkə 21.10.2024

Qaradağ rayon məktəbləri təhsildə son akkordlarını vurur!? -İLGİNC

Gündəm / Sosial 21.10.2024

AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... - “CASPEL” tenderi uddu

Gündəm / Aktual 21.10.2024

İlham Əliyev bu sazişi təsdiqlədi

Gündəm / Siyasət 21.10.2024

Polisin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı

Gündəm / Hadisə 21.10.2024

“Alkoqollu içkilərin satışı məhdudlaşa bilər”

Gündəm / Sosial 21.10.2024

Fermerlər öz məhsullarını sığortalamağa niyə MARAQLI deyillər?

Gündəm / Sosial 21.10.2024

Müsahibə






Fikirlər