YENI ILin ILK günü HAVA necə olacaq? - PROQNOZ

Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "AzerTaym.az"-a verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-4° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.






Fikirlər