Ömürlük CƏZALANAN MƏŞQİÇİ oyun alqı-satqısından DANIŞDI
“Qərar verilib. İndi düşünmək lazımdır. Dedilər ki, 15 gün ərzində apellyasiyaşikayəti verə bilərəm. Buna çalışacam. Açığı, bu məsələ çoxdan olub və ona görə üzr də istəmişəm”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında AFFA İntizam Komitəsinin qərarı ilə ömürlük futbola aid bütün fəaliyyətinə qadağa qoyulan məşqçi-metodist Ağakişi Mehdizadə deyib. O, cəzanın oyun alqı-satqısı ilə əlaqəli olmadığını bildirib: “Cəza veriblərsə, haqlıdırlar. Amma bağışlanmağımı gözləyirəm. Bu məsələnin Mirhüseyn Seyidov və Nizami Hacıyevlə heç bir əlaqəsi yoxdur. Çoxdan olmuş bir hadisədir. Həmin vaxt mən “İnter”də işləyirdim. Zaur Svanadze baş məşqçi idi o dönəmdə. Oyun alqı-satqısı deyil, tam fərqli məsələdir. Sadəcə oyunların manipulyasiyasında adım hallanır. Amma gedib öyrənəcəm ki, oyun ya oyunlar? Hələ özüm də bilmirəm. Çünki oyun alqı-satqısı olmamalıdır”.