"REAL" və "LİVERPUL" 1/4 FİNALDA

"Real" və "Liverpul"<b style="color:red"> 1/4 finalda</b>

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, keçirilən iki oyunla 1/4 finala yüksələn iki komandanın adı məlum olub.

Əsas diqqətlər Parisə yönəlib. Burada PSJ turnirin son qalibi “Real”la üz-üzə gəlib. Madirddə keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan Fransa klubu çətin durumda idi. "Kral klubu" səfərdə də qalib gəlmklə mərhələ adlayıb. 
Günün digər matçında isə “Liverpul” “Portu”nu qəbul ediv. Portuqaliyada keçirilən ilk oyunda 5 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

6 mart
Çempionlar Liqası

1/8 finalın cavab oyunları
23:45. PSJ (Fransa) – “Real” (İspaniya) 1:2
Qollar: 
Ronaldo, 51 (0:1), Kavani, 71 (1:1), Kazemiro, 80 (1:2)

İlk oyun – 1:3

23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0 
İlk oyun – 5:0






Fikirlər