AVROPA LİQASININ QALİBİ “ATLETİKO” oldu!
Avropa Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib. Lion şəhərində baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib. Görüş ispanların asan qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub. UEFA Avropa Liqası Final 16 may “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) – 0:3 Qollar: Qrizman, 21, 49, Qabi, 89 Baş hakim: Byörn Kuypers (Hollandiya) Lion, “Park Olimpik Lion” “Atletiko”: Yan Oblak, Dieqo Qodin, Koke, Antuan Qrizmann, Saul Nigyez, Anhel Korrea, Qabi (k), Vrsaljko, Dieqo Kosta, Lukas, Ximenes “Marsel”: Mandanda, Okampos, Sanson, Dmitri Payet (k), Sarr, Amavi, Luis Qustavo, Rami, Toven, Jermen, Angissa
Ehtiyat oyunçular: Verner, Felipe Luis, Tomas Partey, Fernando Torres, Saviç, Xuanfran, Qameyro
Ehtiyat oyunçular: Pele, Sakai, Kamara, Rolando, Mitroqlu, Njye, Lopes