SWIFT: Hakerlər mərkəzi banklara hücumlara başlayıb

SWIFT: Hakerlər mərkəzi banklara hücumlara başlayıb

SWIFT beynəlxalq maliyyə sistemi Mərkəzi Banklara ünvanladığı məktubda onları yeni haker hücumları dalğası barədə məlumatlandırıb.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, məktubda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilir: "Haker hücumlarının bəziləri uğursuzluğa düçar olsa da, bəziləri kibercinayətkarlar üçün uğurlu olub. Hücumlar fevral ayında Banqladeş Mərkəzi Bankına olunan hücumların ardı kimi qiymətləndirir".

 






Fikirlər