Terrorçu PKK-NIN 400 SİLAHLI işğal altında olan Dağlıq QARAGA göndərilib

​Terrorçu PKK-nın 400 silahlısı işğal altında olan Dağlıq Qarabağa göndərilib

Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.
Ermənistanda silahlılara terrorçu PKK-ya aid "Ağrı Qartalları" adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdirliblər.
Məlumata görə, bu planı KCK ("Kürd İcmaları Birliyi") adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib.
Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.
AzerTaym.az






Fikirlər